Tır Banner

Regional Transport MMC 3 iyun 2021-ci ildən etibarən rəsmi şəkildə beynəlxalq yükdaşıma və logistika xidmətləri göstərir. Yarandığı gündən etibarən şirkət idxal-ixrac əməliyyatları, gömrük rəsmiləşdirilməsi, broker xidməti, sənədləşdirmə və digər nəqliyyat-logistika həlləri ilə müştərilərinə dəstək olmuşdur. Peşəkar komanda, müasir nəqliyyat vasitələri və geniş beynəlxalq tərəfdaş şəbəkəsi sayəsində “Regional Transport” MMC qlobal bazarda etibarlı logistik tərəfdaş imicini qazanmışdır. Şirkətimizin əsas məqsədi – təhlükəsiz, operativ və səmərəli yükdaşıma xidmətləri göstərmək, müştəri məmnuniyyətini təmin etmək və logistik proseslərin hər mərhələsində mükəmməlliyi qorumaqdır.