Tır Banner

AYNA milli daşıyıcılar üçün yeni sürücü hazırlığı layihəsinə başladı

AYNA tərəfindən avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalar sahəsində fəaliyyət göstərən milli daşıyıcıların iştirakı ilə görüş keçirilib. Görüşdə sahə üzrə mövcud vəziyyət, daşıyıcıların qarşılaşdığı əsas problemlər və kadr çatışmazlığı məsələləri ətrafında müzakirələr aparılıb.

Tədbirdə Regional Transport MMC- nin İcraçı direktoru Əmrahov Elşad Aftandil oğlu iştirak edərək beynəlxalq yükdaşımalar üzrə sürücülərin hazırlanması istiqamətində həyata keçirilən layihələrdə fəal rol alacağını bildirib və bu sahədə öz təkliflərini səsləndirib.

Qaldırılan məsələlər nəzərə alınaraq, beynəlxalq yükdaşımalar üçün C və CE kateqoriyalı peşəkar sürücülərin hazırlanmasını nəzərdə tutan yeni layihəyə start verilib. Layihə çərçivəsində təşkil olunacaq təlimlər vasitəsilə ixtisaslı kadr potensialının artırılması və onların daşıyıcı şirkətlərlə əlaqələndirilməsi planlaşdırılır.

Layihə çərçivəsində beynəlxalq yük daşımaları sahəsində C və CE kateqoriyalı sürücülərin hazırlanması məqsədilə təlimlər təşkil edilir. 👥

💰 Təlim üçün ödəniş 266 manat olsa da, məbləğin 80%-dən çox hissəsi AYNA tərəfindən qarşılanacaq. Sürücülər cəmi 50 manat ödəməklə təlimdə iştirak edə biləcəklər.

📝 Yekunda Dövlət İmtahan Mərkəzi tərəfindən qiymətləndirmə aparılacaq, sürücülərə 7 il müddətində etibarlı olan və beynəlxalq yükdaşımalar sahəsində fəaliyyət göstərməyə imkan verən şəhadətnamə təqdim ediləcək.

Gələcəkdə işlə təmin olunmaları üçün sürücülərin daşıyıcılarla əlaqələndirilməsinə də şərait yaradılacaq. 👨‍💼

👥 Hədəf 5000 yeni sürücünün hazırlanması və beynəlxalq bazarda iştirakının təmin edilməsidir.