22 may tarixində Dövlət Gömrük Komitəsinin inzibati binasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyi (TÜİB) arasında “Açıq Dialoq Platforması” keçirilmişdir.
Tədbirdə Regional Transport MMC-nin icraçı direktoru Əmrahov Elşad şirkətimizi təmsil edərək logistika və nəqliyyat sahəsi üzrə fikir və təkliflərini bölüşmüşdür.
Tədbir Dövlət Gömrük Komitəsinin sədri Cənab Şahin Bağırov tərəfindən edilən açılış və salamlama nitqi ilə başlamışdır. Görüş çərçivəsində dövlət–özəl sektor əməkdaşlığı, sahibkarlıq mühiti və gömrük sahəsində qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.
Sonda isə TÜİB-in yeni üzvləri plaketlərlə təltif olunmuşdur.






