12 iyun tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Assosiasiya (AGTL), logistika sahəsində fəaliyyət göstərən gömrük və logistika sektoru nümayəndələrinin iştirakı ilə Xudat şəhərində yerləşən Foodcity Agro Complex-ə işgüzar səfər həyata keçirilmişdir.
Səfərdə Regional Transport MMC-nin İcraçı Direktoru Elşad Əmrahov iştirak etmiş, müəssisənin fəaliyyəti, istehsal imkanları və inkişaf strategiyası ilə yaxından tanış olmuşdur.
Görüş çərçivəsində aqrar-sənaye sahəsində mövcud potensial, logistika və təchizat zəncirinin inkişaf perspektivləri, eləcə də gələcək əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulamışlar.
Səfərin sonunda Foodcity Agro Complex rəhbərliyi tərəfindən təşkil olunan rəsmi qəbulda iştirak edilmiş və gələcəkdə birgə fəaliyyət perspektivləri müzakirə olunmuşdur. #foodcity#regionaltransport






