Logistika təminatının yaxşılaşdırılması imkanları

Yeni elmi-praktiki istiqamət hesab edilən logistik təminata marağın artması bir tərəfdən iqtisadiyyatın bazaryönümlü inkişaf etdirilməsinə olan tələbatdan irəli gəlirsə, digər tərəfdən məhsul istehsalına çəkilən məsrəflərin getdikcə artması, ehtiyatların idarə edilməsi fəlsəfəsində fundamental dəyişikliklərin baş verməsi, marketinq konsepsiyasının, habelə kompüter texnologiyalarının geniş tətbiq edilməsi kimi amillərlə bağlıdır. Bu məqalədə Azərbaycanın Logistika Effektivliyi İndeksi (Logistics Performans Index) ölkələrarası müqayisə kontekstində analiz edilir, respublikamızda qeyri-neft ixracının, o cümlədən aqrar ixracın artırılması baxımından logistik təminatın inkişafı və bu sahədə tətbiq olunan mexanizmlərə baxılır, ölkənin ixrac potensialının artırılması məqsədi ilə Azərbaycan Respublikasında tətbiq olunan “Yaşıl dəhliz” buraxılış qaydalarının təkmilləşdirilməsi məsələlərinə nəzər yetirilır.