
Regional Universitet–Sənaye Birliyi Sammiti 2025” — Regiondan Qlobal Arenaya Doğru Mühüm Addım
Mingəçevir bu gün regionun ən böyük universitet–sənaye əməkdaşlığına ev sahibliyi etdi. Mingəçevir Dövlət Universitetində Azərbaycan–Türkiyə İş Adamları Birliyi (ATİB) və “HBN Group” ilə birgə təşkil olunan “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025” uğurla baş tutdu.
Regional Transport MMC olaraq biz də bu əhəmiyyətli sammitdə iştirak etdik. Gənclərə şirkətimizin fəaliyyəti, regionda həyata keçirdiyimiz nəqliyyat və logistika xidmətləri, həmçinin təcrübə proqramlarımız barədə ətraflı məlumat verdik.
Bununla yanaşı, tələbələrin bilik və bacarıqlarını real iş mühitində tətbiq etmələri üçün universitetlə əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni təşəbbüslər təqdim etdik.


